Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi mənbələri məlumat yayıb.
Məlumata görə, ölkənin şərqində keçirilən əməliyyat çərçivəsində ABŞ ordusunun bir əsgəri həlak olub, daha bir əsgəri isə yaralanıb. Həmçinin Əfqanıstan ordusunun da bir neçə hərbçisi həlak olub və yaralanıb.
Yaralanan amerikalı hazırda Bəqramdadır. Hərbçinin vəziyyətinin hazırda stabil olduğu bildirilir.
Ağalar Qəribov
Ordu.az