“ABŞ nüvə arxivinin İranla müqaviləyə təsirini qiymətləndirmək istəyir” - Pompeo

2018/05/4690987435345_1525156914.jpg
Oxunub: 1547     14:39     01 May 2018    
“Birləşmiş Ştatlar özünün Avropadakı müttəfiqləri ilə İsrail tərəfindən təqdim edilən sənədlər fonunda İranın nüvə proqramı üzrə müqavilənin müzakirəsini davam edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.

“Sənədlər göstərir ki, İran uzun illər ərzində gizli nüvə proqramına malik idi. Tehran nüvə silahı və çatdırma sistemləri hazırlamağa can atırdı. İran nəhəng nüvə arxivini dünya və MAQATE-dən gizləyirdi – amma bu günədək”, - deyə Pompeo bildirib.

O qeyd edib ki, daha İranın nüvə proqramı dəyişdirilməmiş qala bilməz və bu prosesə ABŞ, Böyük Britaniya və Fransa başçılıq edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-İran   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin