Netanyahu: “İran atom bombası hazırlamaması barədə yalan danışıb”

2018/05/345345_1525155550.jpg
Oxunub: 1930     14:17     01 May 2018    
“İsrail xüsusi xidmət orqanları İranın gizli nüvə arxivlərinə malik olması barədə məlumata sahibdir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.

Onun sözlərinə görə, Tehranla 6 dünya gücü arasında imzalanan hazırki nüvə razılaşması yalnız İran tərəfinə sərf edir.

“Tehranın İran alimlərinin nüvə silahları hazırlamaması barədə fikirləri yalandır”, - deyə Netanyahu bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-İsrail   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin