Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
“Birləşmiş Ştatlar İsrail tərəfindən təqdim edilən məlumatlarla tanış olur və onları diqqətlə izləməyə davam edir. Bu məlumatlar İranın raketlərə quraşdırıla biləcək nüvə silahı yaratmaq cəhdləri barədə yeni və qətiyyətli detallar təqdim edir”, - deyə Sanders bildirib.
O qeyd edib ki, bu faktlar Birləşmiş Ştatların çoxdan bildiyi faktlara uyğundur və onları təsdiq edir.
Ağalar Qəribov
Ordu.az