Poltorak Ukrayna SQ-nin “Javelin”ləri nə vaxt təhvil alacağını açıqlayıb

2018/05/1684_15245690822342_1525153008.jpg
Oxunub: 1980     13:35     01 May 2018    
“Artıq mayın 2-də “Javelin” tank əleyhinə raket komplekslərinin Ukrayna Silahlı Qüvvələrində praktiki hazırlığı başlayacaq”.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Stepan Poltorak bəyan edib.

“ABŞ-ın Ukraynanı “Javelin”lərlə təchiz etmək barədə qərarı mayın 2-də Silahlı Qüvvələrin tədris mərkəzlərində başlanacaq “Javelin”lər üçün praktiki hazırlığa nəzəri şəkildə başlamağa imkan verəcək”, - deyə Poltorak bildirib.

O qeyd edib ki, bunun sayəsində Ukrayna ordusunun güclü tank əleyhinə rezervi də yaranacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poltorak   Ukrayna-SQ   Javelin  


Bizi "telegram"da izləyin