ABŞ İraqdakı quru qoşunları komandanlığının qərargahını bağlayıb

2018/04/1-224564_1525097362.jpg
Oxunub: 1858     22:08     30 Aprel 2018    
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Bağdaddakı Birləşdirilmiş Ortaq Quru Komponenti Komandanlığının qərargahını bağlayıb.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ortaq Tapşırıq Qüvvələri Əməliyyatının bu gün baş tutan mətbuat konfransında bildirilib.

“Komandanlığın qərargahı bu gün Bağdadda baş tutan mərasimlə bağlandı. Bu İraqda İŞİD-ə qarşı böyük döyüş əməliyyatlarının sonuna işarə edir”, - deyə konfransda qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq   İŞİD  


Bizi "telegram"da izləyin