Suriya Ərəb Ordusu Dəməşqin cənubundakı İŞİD terrorçularına qarşı hücumlarını artırıb və onların nəzarətində olan bir neçə ərazini hədəf alıb.
Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, hücumlara Respublika qvardiyası və 9-cu diviziya rəhbərlik edir.
Sonuncu döyüşlər nəticəsində hökumət qüvvələri Həcər əl-Əsvad dəhlizinə daxil olub. Eyni zamanda Yarmuk düşərgəsi yaxınlığında daha bir neçə bina terrorçulardan təmizlənib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
SQQ
Yarmuk-düşərgəsi