Qlobal dron analizinin bazar proqnozu - 2022

2018/04/234234_1525094001.jpg
Oxunub: 1927     23:11     30 Aprel 2018    
Qlobal dron analiz bazarının 2017-2022-ci illər zaman periodunda üç dəfədən də çox artacağı proqnozlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə ResearchAndMarkets.com saytını yeni yayımlanmış hesabatında qeyd olunub.

Hesabata görə, 2017-ci ilin rəqəmlərinə görə, bu bazarın ümumi dəyəri 1,57 milyard dollar idisə, 2022-ci ilə qədər bu göstəricinin 5,41 milyard dollar olması gözlənilir.

Hesabatdan aydın olur ki, bazarın hər il ərzində davam olaraq 28,11% artacağı ehtimal edilir.

Bu sahənin əsas aktorları kimi isə “BAE Systems”, “Harris”, “Raytheon”, “Northrop Grumman”, “Lockheed Martin” və “Boeing” göstərilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qloban-dron-bazarı  


Bizi "telegram"da izləyin