Suriyada 18 iranlı hərbi məsləhətçi həlak olub? – İsrail və İran təkzib edir

2018/04/34535_1525080336.jpg
Oxunub: 2635     17:22     30 Aprel 2018    
İran gecə saatlarında Suriyada həyata keçirilən hava reydində ona məxsus bazanın hədəf alınması və ya hücumda əsgərlərinin ölməsinə dair iddiaları təkzib edir.

Ordu.az “Times of İsrael” saytına istinadən xəbər verir ki, bu barədə adı çəkilməyən mənbə yarımrəsmi “Tasnim” xəbər agentliyinə bildirib.

“Suriyada İranın hərbi bazasına hücum edilməsi və burada çoxsaylı İran hərbi məsləhətçilərinin həlak olmasına dair faktlar əsassızdır”, - deyə mənbə bildirib.

Suriya dövlət mediası bildirib ki, gecə zamanı düşmən raketləri Həma və Hələb vilayətlərindəki hökumət hədəflərinə zərbələr endirib. Lakin xəbərlərdə hücumdan kimin məsul olması və ya itki barəsində detallar yer almayıb.

Hava hücumlarından saatlar sonra KİV-lər hücum zamanı aralarında bir yüksək rübtəli zabitin də olduğu 18 İran hərbi məsləhətçisinin həlak olduğuna dair xəbərlər yayıb. Suriya İnsan Hüquqları Müşahidə Qrupu bildirib ki, hücum zamanı azı 26 hökumət meyilli döyüşçü öldürülüb ki, bunun da əksəriyyəti iranlıdır.

Qeyd edək ki, İsrail Müdafiə naziri Aviqdor Liberman hadisə ilə bağlı İsrailin iştirakı barədə səsləndirilən məlumatları təkzib edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-İsrail   Suriya-böhranı  


Bizi "telegram"da izləyin