Türkiyə SQ yeni qumbara ilə təchiz ediləcək

2018/04/thumbs_b_c_9a88038ff8b9903cc60f6f0b636f6ae53453_1525073955.jpg
Oxunub: 2938     15:38     30 Aprel 2018    
Türkiyə Maşınqayırma və Kimya Sənayesi İnstitutu (MKE) Türkiyə ordusu üçün avtomatik dayaqlı qumbaraatana yeni qumbara hazırlayıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, 40 millimetrlik avtomatik MK-19 qumbaraatanını Türkiyə ordusu terrorizmlə mübarizədə istifadə edir. Qumbaraatan həmçinin Afrində keçirilən “Zeytun budağı” əməliyyatında da istifadə olunub.

Yeni qumbaara MOD78-HE adlandırılıb və xüsusilə qəliz relyefli ərazidə rəqib obyektlərinin məhvi üçün nəzərdə tutulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MOD78-HE  


Bizi "telegram"da izləyin