“Admiral Kuznetsov” “Polimet-Redut”la təchiz ediləcək

2018/04/1784-Admiral-Kuznetsov_1525071664.jpg
Oxunub: 4074     14:58     30 Aprel 2018    
Rusiyanın yeganə aviadaşıyıcısı “Admiral Kuznetsov” modernləşmə çərçivəsidə uzaqmənzilli “Polimet-Redut” zenit raket sistemi ilə təchiz ediləcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, gəmidə “Polimet-Redut”larla yanaşı “Pantsir”lərin də quraşıdırılması nəzərdə tutulur.

Hazırda “Admiral Kuznetsov”un silahlanmasında hava hücumundan müdafiə üzrə yalnız yaxın mənzilli “Kinjal” və “Kortik” kompleksləri yer alır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Admiral-Kuznetsov   Polimet-Rudit  


Bizi "telegram"da izləyin