Suriya Silahlı Qüvvələri paytaxt Dəməşqdə İŞİD terrorçuları tərəfindən istifadə edilən yeraltı tunelləri hədəf alan yeni əməliyyat başladıb.
Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Televiziyanın xəbərində deyilib ki, əməliyyatın məqsədi İŞİD-in əlində olan Yarmuk qaçqın düşərgəsinin yaxınlığındakı səngər və tunelləri dağıtmaqdır.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Suriya
İŞİD
Terror