Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun sözləri əsasında məlumat yayıb.
Məlumata görə, Fransa prezidenti bu barədə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı çərçivəsində bəyan edib.
“Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransadan ibarət Qərb koalisiyasının Suriyaya aprelin 14-də endirilən hərbi zərbələri qanuni əsaslarla həyata keçirilib”, - deyə Makron bildirib.
Ağalar Qəribov
Ordu.az