Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Serbiya müdafiə naziri Aleksandr Vulin bəyan edib.
“Serbiya prezidenti Aleksandr Vuçiç və Belarus prezidenti Aleksandr Lukaşenko arasında əldə olunan razılığa uyğun olaraq Belarus bizə təyyarələr verdi və biz buna görə çox minnətdarıq”, - deyə Vulin bildirib.
O qeyd edib ki, Rusiyanın 6 ədəd və Belarus Hərbi Hava Qüvvələrinin 4 ədəd MiQ-29 qırıcısını Serbiyaya verməsi nəticəsində gələcəkdə 14 təyyarədən ibarət eskadriliyanın yaradılması planlaşdırılır və bu, Belqradın regionda hava üstünlüyünü təmin edəcək.
Ağalar Qəribov
Ordu.az