Ordu.az "İnterfax" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Suriyadakı mövcud vəziyyət olub. Həmçinin ordu quruculuğu və Uzaq Şərqdə hərbi təlimlər də müzakirə edilib.
Görüş çərçivəsində Sergey Şoyqu BMT Baş katibinin müavini Staffan de Mistura ilə Suriya mövzusundakı görüşün nəticələrindən, Valeri Gerasimov isə Şərqi Qutada mövcud vəziyyətdən bəhs ediblər.
Keçirilən görüşün nəticəsi olaraq müdafiə sənayesi kompleksi və ordu nümayəndələri ilə bir sıra iclasların keçirilməsi barədə razılıq əldə edilib.
Ağalar Qəribov
Ordu.az