Pentaqon “cloud” sazişinə bir qədər də yaxınlaşıb

2018/04/15848451_1524210005.jpg
Oxunub: 3308     15:39     20 Aprel 2018    
“ABŞ Müdafiə Nazirliyinin informasiya texnologiyasının “cloud”a doğru irəliləməsi döyüş meydanında ciddi üstünlüklər qazandıracaq”.

Ordu.az Pentaqonun rəsmi internet saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Dana Uayt bildirib.

Onun sözlərinə görə, məsələ son mərhələyə bir qədər də yaxınlaşıb və “cloud” texnologiyası ABŞ ordusuna yeni maşın öyrənmə və süni zəka imkanları qazandıracaq.

Uayt deyib ki, Pentaqonun mövcud İnformasiya Texnologiyalar infrastrukturu köhnə texnologiya üzərində qurulub və bu sistemdən “cloud”a keçid təhlükəsizliyi, məlumat əlçatanlılığını gücləndirəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Cloud   Texnologiya  


Bizi "telegram"da izləyin