Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş Almaniya kansleri Angela Merkelin aprelin 27-də ABŞ-a planlaşdırılan səfəri üçü hazırlıq çərçivəsində baş tutub.
Tərəflər Vaşinqton və Berlinin möhkəm tərəfdaşlığını qeyd ediblər. Həmçinin NATO çərçivəsində əməkdaşlıq və Almaniya-Amerika transatlantik münasibətləri müzakirə edilib.
“Pens və Şolts milli təhlükəsizliyə dair bir sıra önəmli problemlərin müzakirəsini həyata keçiriblər. Tərəflər arasında həmçinin iqtisadi əhəmiyyətli mövzuların müzakirəsi də olub. Onlar geosiyasi çağırışlara qarşı birlikdə mübarizə aparmaq üçün bundan sonra da əlaqələri davam etdirmək barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az