“Pxenyan ABŞ qoşunlarının çəkilməsini tələb etmir” – Mun

2018/04/435345345_1524137532.jpg
Oxunub: 2193     19:31     19 Aprel 2018    
“Şimali Koreya özünün nüvəsizləşdirilməsinin əvəzində ABŞ qoşunlarının Cənubi Koreyadan çəkilməsini tələb etmir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Cae-in bəyan edib.

“Şimali Koreya tam nüvəsizləşmə niyyətini ifadə edib və əvəzində ABŞ-ın qəbul edə bilməyəcəyi tələblər irəli sürməyib. Belə tələblərə Cənubi Koreyadan ABŞ qoşunlarının çəkilməsi də daxildir”, - deyə o bildirib.

O əlavə edib ki, nüvə silahları və raket proqramından imtina etməyin qarşılığı olaraq Kim Çen In hökuməti sadəcə özünə qarşı düşmən siyasətin bitməsini və təhlükəsizliyinə zəmantə verilməsini istəyir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin