Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlər çərçivəsində motoatıcı briqadanın hava hücumundan müdafiə bölmələrinin hərbçiləri şərti rəqibin 30-dan çox PUA-sı, o cümlədən partlayıcı maddələrlə təchiz edilən digər uçuş qurğularını məhv ediblər.
Təlimlərdə şərti rəqibi təqlid edən hədəflərin məhv edilməsi “Tunqusk” zenit raket kompleksi, danışan “İqla” zenit raket kompleksi və MTLB-ya quraşdırılan Zu-23 qurğularından həyata keçirilib.
Ağalar Qəribov
Ordu.az