“Langbow” korporasiyası Koreya Respublikasının ordusu ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə çərçivəsində şirkət Koreya ordusunun AH-64E “Apache” helikopterləri üçün atış nəzarət radarları təmin edəcək.
Bundan başqa müqavilədə Cənubi Koreyanın “Apache” helikopterləri üçün dəstək xidmətinin göstərilməsi də nəzərdə tutulub. Müqavilə 2023-cü ildə başa çatacaq.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Langbow
Koreya-ordusu