Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
“Bizim ölkədə Rusiyanın bizim dostumuz olub-olmaması barədə siyasi mübahisələr aparılır. Əslində, bu, doğru mübahisə predmeti deyil, Rusiya heç vaxt bizim dostumuz olmayıb və olmayacaq. Lakin buna baxmayaraq bu, bizim Rusiya ilə işləmək istəməməyimiz mənasına gəlmir”, - deyə Heyli bildirib.
O qeyd edib ki, ABŞ Rusiya ilə bu, yalnız onun özünə lazım olduqda əməkdaşlıq edir və lazım olduqda Rusiyaya zərbə də endirə bilər.
Ağalar Qəribov
Ordu.az