Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cibuti hökumətinin bu tələbi irəli sürməsinə səbəb ABŞ hərbi təyyarələrinin eyni gündə iki qəza törətməsi olub.
İlk olaraq çərşənbə günü ABŞ donanmasının “Harrier” təyyarəsi Cibutinin paytaxtı yaxınlığındakı beynəlxalq aeroportdan havaya yüksələrkən qəzaya uğrayıb. Pilot katapultdan istifadə etsə də, yüngül xəsarət alıb.
Eyni gün bir neçə saat sonra başqa bir ABŞ helikopteri paytaxtdan çox da uzaq olmayan çimərlik zonasına eniş edərkən dağıntıya məruz qalıb.
Qeyd edək ki, ABŞ-ın Cibutidə 4000 əsgəri var ki, onlar burada “əl-Şabaab” qruplaşmasına qarşı mübarizəyə dəstək verirlər.
Ağalar Ağalarlı
Ordu.az