Britaniya Bəhreyndə hərbi baza açıb

2018/04/5148451_1522994238.jpg
Oxunub: 1307     13:58     06 Aprel 2018    
Birləşmiş Krallıq Bəhreyn Müdafiə Qüvvələrinin Mina Salman bazasında ilk dəniz dəstək təsisatını açıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi açılış mərasimi dünən baş tutub və mərasimdə Bəhreyn şahzadəsi Salman ibn Həmad Əl-Xəlifə iştirak edib.

Yeni baza Krallıq donanmasının 500-ə qədər personalını qəbul etməyə qadir olacaq. Onlar burada Asiyadan Avropaya göndərilən neft və əmtəə yükdaşımalarının təhlükəsizliyini təmin edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   Britaniya  


Bizi "telegram"da izləyin