Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan bəyan edib.
“Çinin Çin-Amerika ticarət münasibətlərindəki problemə mövqeyi dəqiq və aydındır. Biz, bunu istəmirik, lakin həm də çəkinmirik”, - deyə Kan bildirib.
Qeyd edək ki, bir çox hərbi ekspertlər Çin və ABŞ arasında başlanan ticarət müharibəsinin “Soyuq müharibə”nin bir növü olmasını və hadisələrin bu inkişafının müharibəyə səbəb ola biləcəyini vurğulayıblar.
Ağalar Qəribov
Ordu.az