“Suriyada İŞİD-in məğlub edilməsi məqsədilə aparılan hərbi missiya nəticəsində terror təşkilatı demək olar ki, tamamilə məhv edilib”.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat mərkəzi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri Suriyada İŞİD-in qalıqlarını aradan qaldırmaqla bağlı səylərini davam etdirəcək. Bu terror təşkilatının böyük ölçüdə məğlub edilməsi ilə Suriyadakı hərbi missiya da demək olarkı başa çatıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: