Xabarovskda radioelektron mübarizə üzrə təlim keçirilib

2018/04/1404_1522917880.jpg
Oxunub: 1382     16:57     05 Aprel 2018    
Rusiyanın Xabarovsk diyarında qış dövrü ərzində keçirilən tədris materiallarının yoxlanılması məqsədilə radioelektron mübarizə üzrə hərbi təlimlər keçirilib.

Ordu.az “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Şərq Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, radioelektron mübarizə bölmələrinin mütəxəssisləri tə limin keçirilməsi üçün öncə dairənini poliqonlarından birinə gəlib, ardınca da marş tapşırıqları icra ediblər.

Təlimlər çərçivəsində “Krasux”, “Murmansk-BN”, “Leyer-2”, “Altayets” və “Jitel” kimi avtomatlaşdırılmış radioelektron mübarizə sistemlərindən istifadə olunub.

Hərbi qulluqçular təlimlər çərçivəsində radioşüalanma mənbələrinin aşkarlanması, qapadılması və ələ keçirilməsi üzrə taktiki tapşırıqlar icra ediblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Radioelektron-mübarizə  


Bizi "telegram"da izləyin