Seul və Vaşinqton ABŞ-ın hərbi mövcudluğunu müzakirə edəcək

2018/04/1396_1522916927.jpg
Oxunub: 2025     16:35     05 Aprel 2018    
Cənubi Koreya və ABŞ nümayəndələri arasında Vaşinqtonun ölkə ərazisindəki mövcudluğuna görə tərəflərin xərcləri barədə danışıqlar aparılacaq.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki ölkə nümayəndələri arasında danışıqlar aprelin 11-12-də aparılacaq.

Seul ABŞ hərbçilərinin Cənubi Koreya ərazisindəki mövcudluğunu öz büdcəsindən ödədiyinə görə narahatdır. Həmçinin ölkələr arasında bu barədə nəzərdə tutulan razılaşmanın müddəti 2018-ci ilin sonunda bitir.

Cənubi Koreya XİN-də hesab edirlər ki, danışıqların nəticələri rasional və hər iki tərəf üçün səmərəli olmalıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin