Rusiya XİN ABŞ-ın Baltik ölkələrə hərbi yardımını şərh edib

2018/04/__thumb_-3-SVT_5009_1522913447.jpg
Oxunub: 3098     15:26     05 Aprel 2018    
“Şimal Atlantik Alyansının Baltik dənizi hövzəsi ölkələrinə hərbi yardım göstərməsi Avropada təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmır”.

Ordu.az Vz.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib.

“ABŞ ikili xətt üzrə fəaliyyəti davam etdirir: bir tərəfdən şərq cinahı möhkəmləndirilir, digər tərəfdən isə müttəfiqlərin Vaşinqtonun əmrlərini yerinə yetirilməsi həyata keçirir. Məhz bunun nəticəsidir ki, ölkələrin hərbi büdcəsi 2 faizədək artırılır”, - deyə Qruşko bildirib.

O qeyd edib ki, Rusiya NATO-nun bütün bu fəaliyyətinin Avropada təhlükəsizliyi artırmadığını, əksinə, vəziyyəti daha da gərginləşdirdiyini hesab edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin