Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Meksika xarici işlər nazirləri Luis Videqaray bəyan edib.
“Meksika rəsmi kanallar vasitəsilə ABŞ-dan Trampın sərhəddə orduda istifadə edilməsi barədə bəyanatının izah edilməsini istəyib. Bunun əsasında Meksika hökuməti ölkənin suverenliiyi və milli maraqlarının müdafiəsi yönündə konkret addımlar atmağı planlaşdırır”, - deyə Videqaray bildirib.
O qeyd edib ki, Meksika öz miqrasiya siyasətini ABŞ və ya digər dövlətin təsiri altında deyil, öz qanunlarına uyğun şəkildə həyata keçirəcək.
Ağalar Qəribov
Ordu.az