Ordu.az Amur.info saytına istinadən xəbər verir ki, bu barədə Şərq Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlərdə tapşırıqlar PUA və artilleriyanın sistemli fəaliyyətinin tətbiq edilməsi üzrə icra edilib.
Belə ki, öncə PUA-lar vasitəsilə şərti rəqiblərin yeri aşkarlanır, koordinatlar müəyyənləşdirilir, ardınca isə artilleriyaçılar həmin hədəfləri məhv edirdilər.
Təlimlərdə o cümlədən hava hədəflərinin məhv edilməsi üzrə də tapşırıqla olub. Şərti rəqibin hava hədəflərinin təqlid edilməsində “Orlan-10” PUA-larından istifadə olunub.
Ağalar Qəribov
Ordu.az