ABŞ Slovakiyaya F-16V qırıcılarının təchizatını təklif edir

2018/04/1389_1522907638.jpg
Oxunub: 3461     13:48     05 Aprel 2018    
Pentaqon ABŞ Konqresinə hərbi əməkdaşlıq çərçivəsində dövlətlərası satışın həyata keçirilməsi üçün bildiriş göndərib.

Ordu.az BMPD portalına istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, Pentaqon Slovakiyaya 14 ədəd F-16V “Block 70/72” qırıcısının satılmasına müsbət yanaşır və rəsmi Bratislavanın ordu ehtiyaclarını nəzərə alsaq, Mərkəzi Avropa ölkəsinin təklifi qəbul edəcəyi yetərincə real görünür.

Satışın həyata keçirilməsinin mümkünlüyü artıq ABŞ Dövlət Departamenti tərəfindən də öz təsdiqini tapıb. Satışın ümumi qiymətinin 2,91 milyard dollar təşkil edəcəyi təxmin olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Slovakiya   F-16V  


Bizi "telegram"da izləyin