Kərim Vəliyev: "Münaqişənin təməlində aqressiv separatizm dayanır"

2018/04/25394089_1080665518743062_2126231417_n456_1513232662_1522908108.jpg
Oxunub: 4107     00:53     05 Aprel 2018    
"Azərbaycan Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştiraka xüsusi önəm verir. Bu forumda qlobal və regional təhlükəsizliyin əsas problemlərinə nəzər yetirilir, real və yenidən yaranmış təhlükə və risklərin aradan qaldırılması istiqamətləri və yolları müəyyən edilir, təcrübə mübadiləsi aparılır və digər mühüm məsələlər müzakirə olunur".

Ordu.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə açıqlamasında VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

"Coğrafi cəhətdən Azərbaycan bir tərəfdən beynəlxalq terrorçu təşkilatlarla silahlı mübarizə ocaqlarına bilavasitə yaxın yerləşir, digər tərəfdən isə 30 ildən çoxdur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub. Bu münaqişənin təməlində aqressiv separatizm dayanır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması və müxtəlif məsələlərlə bağlı həmkarlarımızla fikir mübadiləsi imkanının olması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik", - deyə nazir müavini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan   Kərim-Vəliyev  


Bizi "telegram"da izləyin