Qarabağda yaralanan erməni hərbçinin vəziyyəti ağırdır

2018/04/vzriv-0005345_1522310459_1522330271_1522838787.jpg
Oxunub: 1736     18:45     04 Aprel 2018    
Qarabağda yaralanan erməni hərbçinin vəziyyəti ağırdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda mina partlayışı nəticəsində yaralanan Aram Mkrtçyanın vəziyyəti kafi, Qarik Qəhriyanın vəziyyəti isə ağırdır.

Həkimlər Ağdərəndə neytral ərazidə mina partlayışı nəticəsində yaralanan 1974-cü il təvəllüdlü erməni hərbçi Aram Mkrtçyanın vəziyyətinin kafi olduğunu bildiriblər. Daxili qanaxması olan Mkrtçyanın dalağı dağılıb və əməliyyat yolu ilə çıxarılıb.

Mina partlamasında yaralanan 1987-ci il təvəllüdlü digər erməni hərbçisi Qarik Qəhriyan isə süni tənəffüs aparatı altında intensiv baxım şöbəsindədir və vəziyyəti ağır olaraq qiymətləndirilir. Onu ikinci dəfə əməliyyat olunacağı bildirilir.

Qeyd etmək lazımdır ki, onun hər iki ayağı aşağı çanaq hissəsindən amputasiya edilib və dalağı çıxarılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Mina-partlıayışı   Erməni-hərbçi  


Bizi "telegram"da izləyin