Ordu.az CHD-nin məbuat xidmətinə istinadən xəbər verir ki, dağın zirvəsinə doğru 3 günlük xüsusi təlim ərəfəsində xüsusi taktiki, dağ, atəş hazırlığı üzrə normativlər icra olunacaq. Bu kəşfiyyatçıların qış təlim tədris dövrünün yekun yoxlamalarıdır.
Dağın zirvəsinə doğru həyata keçirilən yekun yoxlamada təlim boyu kəşfiyyatçılar dağlarda və meşələrdə, ekstremal şəraitdə yaşamaq hazırlıqlarını və "Ratnik" müasir təchizatını yoxlayacaqlar.
Təlim zamanı kəşfiyyatçılar rəqibin vacib obyektlərinin və rabitə qovşaqlarının axtarışı, "Strelec" kəşfiyyat idaretmə və rabitə kompleksinin tətbiqi ilə koordinatların və kəşfiyyat məlumatlarının komanda idaretmə məntəqəsinə göndərilməsi, həmçinin geri çəkilmə və şərti olaraq yaralanmış hərbi qulluqçunun təxliyyə edilməsini həyata keçirəcəklər.
Həmçinin ilk tibbi yardım, maskalanma, artilleriya və aviasiya hədəfləri məsələlərinin həlli, QLONAS sisteminin naviqasiyasından yararlanmaqla xəritə ilə ərazidə səmtləşmə bacarıqlarını yoxlayacaqlar. Dəniz səviyyəsindən 2.5 min km yüksəklikdə olan, mürəkkəb iqlim şəraitində keçirilən təlimlərə 300-dən artıq hərbi qulluqçu, 50-dək hərbi texnika, o cümlədən pilotsuz uçan aparatlar cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az