"Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan üçün çətin bir problemdir" - Kiselyov

2018/04/134657_1522829164.jpg
Oxunub: 2719     16:06     03 Aprel 2018    
"Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan üçün çətin bir problemdir".

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan üçün çətin bir problemdir. Bu ölkələrdə radikal həllər tələb edən isti başlıqlar var".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri "Rusiya Today" şirkətinin icraçı direktoru Dmitri Kiselyov deyib.

O qeyd edib ki, heç kim Ermənistan və Azərbaycan qoşunları arasında təmas xəttində baş verən münaqişəni həllinə çalışmır, lakin ən pis vəziyyətdən qaçmaq mümkündür. Onun sözlərinə görə, münaqişənin həlli burada tapılmalıdır. Heç kim kənarda durmamalıdır.

"Qarabağ münaqişəsinin nizamlanması mənbəyi Ermənistan və Azərbaycan liderlərinin razılığından ibarətdir. Əgər, rəhbərlər belə bir müqavilə imzalanmasına nail olasalar, onları bir çox vətəndaşların həyatını xilas edən sülh təmsilciləri kimi tanıyacaqlar. Burada minuslardan daha çox üstünlüklər var", - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiselyov   Qarabağ  


Bizi "telegram"da izləyin