2 il sonra düşmən etiraf edir: "Növbəti dəfə, bizə vəziyyətdən çıxmaq üçün fürsət verilməyəcək"

2018/04/143319_src456_1522666987.jpg
Oxunub: 3262     19:00     02 Aprel 2018    
"Ermənistan ordusu özünü toparlayanadək çoxsaylı itkilərə məruz qaldı... Həmin gün oyanarkən tamam başqa vəziyyətlə qarşılaşan ordumuz, həmin günədək olan vəziyyətin bir daha təkrar olmayacağına ümid edir... Apreldə məlum oldu ki, biz 25 il müddətində konsepsiyası, haqqında dərin təssəvvür olmayan, yaxud geniş şəkildə diqqət yetirilməyən, ilk növbədə hakimiyyətə sərf edən, bir işlə məşğul olmuşuq".

Ordu.az xəbər verir ki, bu barədə "1in.am" saytı aprel döyüşlərinin ikinci ildönümü münasibətilə dərc etdiyi daha bir məqalədə qeyd edilir. Məqaləni sizə olduğu kimi təqdim edirik:

"Məlum aprel hadisələri Ermənistan ordusu üçün gözlənilməz oldu. Ermənistan ordusu özünü toparlayanadək çoxsaylı itkilərə məruz qaldı.

Həmin gün oyanarkən tamam başqa vəziyyətlə qarşılaşan ordumuz, həmin günədək olan vəziyyətin bir daha təkrar olmayacağına ümid edir. Bu müharibə yalnız əsgər həyatına yox, bütün dövlətçiliyə və təhlükəsizliyə, müdafiə qabiliyyətinə aid olan məsələ idi. 2 aprel hadisələrindən sonra necə yaşamalı olduğumuza hələ də qərar verməmişik. Hələ bu barədə təssəvürümüzün formalaşmadığı məlumdur.

Oğurlamamaq, talan etməmək iddiaları və tələblər tam yerində tələb olunur. İqtisadiyyat, mədəniyyət, ədliyyə sistemində, xarici siyasətdə, idmanda və demokratiya məsələlərində ərazi və bölgələrin inkişaf etdirilməsi üçün nə edilməli olduğunu hələ də bilmirirk. Apreldə məlum oldu ki, biz 25 il müddətində konsepsiyası, haqqında dərin təssəvvür olmayan, yaxud geniş şəkildə diqqət yetirilməyən, ilk növbədə hakimiyyətə sərf edən, bir işlə məşğul olmuşuq. Məqsəd və təsəvvürləri olmadan hərəkət edən cəmiyyətləri idarə etmək daha asandır və hakimiyyət bu amildən yararlanıb.

Əgər, 2 apreldən növbəti 2 aprel tarixinədək müddəti nəzər alsaq məlum olar ki, Ermənistanın müstəqilliyi dövründə böyük boşluğa düşdüyünü görmək olar.

Məcburi müharibəyə rast gələnədək, 25 il öz gələcəyimiz naminə yaşamışıq. Hazırda isə 25 il əvvəl başlanılan yerdən yeni həyat qurmaqla yaşamaq fürsəti verilir. Növbəti dəfə bizə vəziyyətdən çıxmaq üçüm fürsət verilməyəcək".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-qələbəsi   Azərbaycan-Ordusu  


Bizi "telegram"da izləyin