Husilər hərbi bazanı vurduqlarını iddia edirlər

2018/04/4848451_1522666632.jpg
Oxunub: 1363     19:05     02 Aprel 2018    
Husi qiyamçıları sərhəd şəhəri olan Cizən yaxınlığında Səudiyyə Ərəbistanına məxsus hərbi bazanı ballistik raketlə vurduqlarını iddia ediblər.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, göstərilən hərbi baza paytaxt ər-Riyadın 600 mil cənubundadır.

İddialara görə, onlar bazanı yerli istehsal olan “Qədr M-2” raketi ilə vurublar. Hansısa dağıntı və ya tələfat haqqında məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HusilərSəudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin