102-ci bazada irimiqyaslı təlimlər keçirilir

2018/04/1282_1522655747.jpg
Oxunub: 3100     15:55     02 Aprel 2018    
“Rusiya Cənub Hərb Dairəsinin Ermənistanda yerləşən hərbi hissəsinin əsgərləri yüksək dağlıq ərazidə yerləşən “Alagöz” poliqonunda həyəcan təbili ilə yuxudan qaldırılıblar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərb Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bəyan edib.

“Yüksək dağlıq ərazidə yerləşən “Alagöz” poliqonunda keçirilən həftəlik təlimlər çərçivəsində hərbçilər dağlıq ərazi şəraitində döyüş atışları həyata keçirəcək, qumbaraatan, tank, artilleriya və zenit raket qurğuları vasitəsilə atəş üzrə tapşırıqlar icra edəcəklər”, - deyə Astafyev bildirib.

Onun sözlərinə görə, həmçinin dağlarda motoatıcı bölmələrin taktiki fəaliyyətinə xüsusi diqqət göstəriləcək.

Qeyd edək ki, təlimlərdə 1000-dən çox hərbçi, həmçinin 300-ə yaxın hərbi texnika iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Alagöz   Hərbi-təlim  


Bizi "telegram"da izləyin