Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanda aprel döyüşləri zamanı məhv edilən təxribatçı erməni əsgəri Narek Mkrtçyanın anası Anuş Mkrtçyan bildirib.
Erməni əsgər anası bildirib ki, oğlunun ölümündən sonra erməni hakimiyyət nümayəndələri onları yada salmır.
"Oğlumun ili tamam olanadək müxtəlif dövlət qurumlarından gəlib maraqlananlar olurdusa, indi daha heç kim maraqlanmır. Onun ölümündən sonra Gorus şəhərində iş axtarmaq cəhdlərim heç bir nəticə verməyib. Hakimiyyət orqanlarından ölən hərbi qulluqçuların ailələrinə diqqət ayırmağı tələb edirəm", - deyə əsgər anası şikayətlənib.
Xatırladaq ki, Sünik vilayətinin Vorotan kənd sakini Narek Mkrtçyan 2016-cı ilin 4 aprel tarixində Talış yaşayış məntəqəsi istiqamətində mövqelərimizə qarşı təxribatçı əməliyyatlarda iştirak edərkən məhv edilib.
Alpər Mövludoğlu
Ordu.az