Ordumuz üçün yığılan vəsait açıqlandı

2018/04/4564546_1517465472_1522652015.jpg
Oxunub: 2846     14:52     02 Aprel 2018    
Aprelin 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, 1 aprel 2018-ci il tarixədək 89.782.731,34 AZN, 213.573,88 ABŞ dolları, 10736,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   Vəsait   Yardım-Fondu  


Bizi "telegram"da izləyin