Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Yunanıstan müdafiə naziri Panayotis Kamenos bəyan edib.
O, bu barədə erməni həmkarı Vigen Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Yunanıstan dünyada hər zaman sülh olmasını arzulayır. Biz tezliklə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətin sülh yolu ilə həllini tapmasını arzulayırıq”, - deyə Kamenos vurğulayıb.
Ağalar Qəribov
Ordu.az