Ordu.az “Sputnik” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Aprelin 5-də Rusiya xarici işlər naziri və Moskvada keçiriləcək Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunan VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak üçün Moskvaya gələcək ATƏT baş katibi arasında görüş baş tutacaq”, - deyə Zaxarova bildirib.
O qeyd edib ki, tərəflər arasında Dağlıq Qarabağ, Denstryanı ərazilər və Donbas münaqişələrinin həllində ATƏT-in rolu, o cümlədən Cənubi Qafqazda stabillik üzrə Cenevrə diskussiyasının işi müzakirə olunacaq.
Ağalar Qəribov
Ordu.az