Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ağdərədə tankəleyhinə mina partlayışı nəticəsində ölən və yaralananların adları məlum olub.
Məlumata görə, ölənlər Pavel Hakobov, Marat Petrosyan və Samson Avanesyan, yaralılar isə 43 yaşlı Aram Mkrtçyan və 31 yaşlı Qariq Qahiryandır.
"Aram Mkrtçyanın daxili qanaxması, dalaq yırtığı var, vəziyyəti ağır, lakin sabitdir. Digər yaralı 31 yaşlı Qarik Qahiryan isə ayaqlarının aşağı ətrafları yaralanıb və hər ikisi amputasiya edilib. Qahiryanın vəziyyəti ağırdır", - deyə Xankəndi xəstəxanasının direktoru Armen Xaçaturyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az