Sarkisyan Qarabağdakı hərbi birləşməyə kimi göndərəcək?

2018/03/sarkisyan-12_1522321836.jpg
Oxunub: 1570     19:17     29 Mart 2018    
Daha öncə xəbər verdiyimiz kimi, erməni general-mayor Mikayel Arzumanyanın 1.5 ay əvvəl Qarabağdakı qanunsuz hərbi birləşmə komandirinin müavini vəzifəsindən azad edilməsindən sonra yeni təyinat edilməyib. O, Serj Sarkisyanın əmri ilə Ermənistan baş hərbi müffətişliyi rəisinin müavini təyin edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, boş qalan vəzifəyə iddialı namizədlərdən biri qanunsuz hərbi birləşmə tərkibindəki diviziya komandiri polkovnik Cəlal Harutyunyandır.

Qanunsuz hərbi birləşmə komandiri general-leytenant Levon Mnatsakanyan yayılan məlumatı nə təkzib, nə də təsdiq edib. O, vaxtı gələndə bu barədə məlumat veriləcəyini bildirməklə kifayətlənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Qarabağ   Qanunsuz-hərbi-birləşmə  


Bizi "telegram"da izləyin