Ermənistan minaya düşən hərbçilərindən imtina edir - DETALLAR

2018/03/vzriv-0005345_1522310459.jpg
Oxunub: 3618     15:59     29 Mart 2018    
İşğal altında olan Qarabağda ölən erməni hərbçiləri barədə növbəti dəfə yalan məlumatlar yayılıb.

Ordu.az News.am saytına istinadən xəbər verir ki, yayılan məlumatda düşmən minatəmizləmə əməliyyatının həyata keçirilməsi çərçivəsində həlak olan hərbçiləri "Halo Trast" təşkilatının üzvləri kimi təqdim edib.

Bölgədə qanunsuz fəaliyyət aparan təşkilatın nümayəndəsi ətraflı məlumat verə bilməyəcəyini deyib.

Xatırladaq ki, shamshyan.com saytının yaydığı məlumatına görə, mina partlayışına düşən "Niva" markalı avtomobil Ağdərə rayonu ərazisində neytral zonada, yəni ön cəbhədə olub. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Qarabağda qanunsuz minatəmizləmə əməliyyatları aparan "Halo Trast" təşkilatı bu əməliyyatları neytral zonalarda deyil, Xankəndi, Laçın kimi arxa cəbhə zonalarında aparır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-hərbçi   Ölüm  


Bizi "telegram"da izləyin