Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağ ərazisindəki qanunsuz hərbi hissələrdən birində güclü külək nəticəsində ağacın altında qalaraq ölən 19 yaşlı erməni əsgəri Armen Harutyunyan İrəvan şəhər sakini olub.
Məlumata görə, artıq Harutyunyanın meyiti İrəvana gətirilərək məhkəmə tibbi ekspertizasına təqdim edilib.
Xatırladaq ki, martın 24-də saat 16:55 radələrində, işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqelərində, 1999-cü il təvəllüdlü erməni əsgəri Armen Hamayak Harutyunyan ölüb.
Hadisənin güclü küləklə ağacın aşması nəticəsində baş verdiyi bildirilsə də, erməni sosial şəbəkə istifadəçiləri ölən əsgərin mövqelərimizi atəşə tutması nəticəsində məhv edildiyini bildirirlər.
Alpər Mövludoğlu
Ordu.az