Qarabağda erməni əsgər ölüb

2018/03/1518161478_untitled-14_1521963580.jpg
Oxunub: 3362     15:36     25 Mart 2018    
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda erməni əsgər ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 16:55 radələrində, Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqelərində, 1999-cü il təvəllüdlü erməni əsgəri Armen Hamayak Harutyunyan ölüb.

Hadisənin güclü küləklə ağacın aşması nəticəsində baş verdiyi bildirilsə də, erməni sosial şəbəkə istifadəçiləri ölən əsgərin mövqelərimizi atəşə tutması nəticəsində məhv edildiyini bildirirlər.

Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   İşğal   Təxribat   Ölüm  


Bizi "telegram"da izləyin