Rusiyalı politoloq: "ABŞ Qarabağda öz siyasətini başqa şəkildə göstərəcək"

2018/03/312_1521883174.jpg
Oxunub: 2919     17:14     24 Mart 2018    
"ABŞ-ın Qarabağda sülhü qorumaq üçün öz siyasətini başqa şəkildə göstərəcəyini hesab edirəm".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq və publisist Andrey Piontkovski bildirib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi Əməkdaşlıq Birliyinə daxil olan digər dövlətlərin geniş miqyasda yol vermədiyi halda, Ermənistan xarici siyasətini 100% Rusiyaya istiqamətləndirərək, özünü çıxılmaz vəziyyətə salıb.

"Qərblə islahatlardan başqa hər hansı əlaqələr yaratmaq cəhdlərinin olmasına baxmayaraq, Ermənistanın siyasətində problemidə var" - deyə Piontkovski qeyd edib.

O, ABŞ-ın münaqişə ilə bağlı bölgədə yeni bir siyasətə başlayacağına da toxunub: "ABŞ-ın Qarabağda sülhü qorumaq üçün öz siyasətini başqa şəkildə göstərəcəyini hesab edirəm. Ancaq bunun üçün tərəflər də siyasi iradə nümayiş etdirməlidirlər".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin