Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya və Cənubi Qafqaz üzrə ekspert Neyl Makfarleyn bildirib.
Putinin yeni vəzifə müddətində Cənubi Qafqazda Rusiyanın siyasətinə toxunan britaniyalı politoloq, Ermənistan-Rusiya münasibətlərinin Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa bağlı olduğunu bildirib.
"Dünyadakı gərginləşmə və Rusiyanın mövqelərinin zəifləməsi halında, Moskva üçün Cənubi Qafqazda təsirini saxlamaq daha da əhəmiyyətli olacaq. Ermənistan-Rusiya münasibətləri hazırkı səviyyəsinə münaqişənin həll edilməməsi və Rusiyanın tərəflərə silah verməsinə görə çatıb", - deyə Makfarleyn qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az