Sefilyan və Balasanyanın gizli telefon danışıqları: "Onsuzda zibilə düşmüşük, hər gün itkilərimiz var"

2018/03/23423_1521486140.jpg
Oxunub: 6296     02:32     20 Mart 2018    
"Ara, onsuz da Qarabağda ya elə, ya da belə vəziyyət pisdir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda həbsdə olan keçmiş döyüşçü, siyasi məhbus Jirayr Sefilyan və qondarma qurumun “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan arasında baş verən gizli telefon danışıqlarının tam mətni dərc edilib.

Vitali Balasanyan Jirayr Sefilyanla hal-əhval tutduqdan sonra deyir... Mobil telefon danışığından bəzi məqamlar

- Vitali: Eşit, o şeyi etməyin də

- Jirayr: Yaxşı da

- V: Eşid sənə söz deyirəm, 1000 ilin dostlarıyıq elə deyil?

- J:

- V: Min dəfə ölçüb biçmişəm, bu iş nə sizə, nə də bizə, heç kimə xeyr gətirməyəcək. Gəlin bu işi yersiz etməyək, ümumiyyətlə nə sənə nə də mənə lazım deyil.

- J: Nə edirik ki?

- V: Bu yürüşü etməyin, mən səndən xahiş edirəm etməyin. Əgər mənim xahişimi yerinə yetirməsən, o zaman mən məcbur olacam sabah gəlib, Qarabağla keçid hissədə dayanım.

- J: Əzizim Vito, heç bir şey olmayacaq. Çünki biz qarışıqlıq salmağa gəlmirik.

- V: Eşit sonadək deyim. Mən xalq arasında, hakimiyyət daxilində hamının danışıqlarından çox narahatam. Bunun yersiz olduğunu görürəm. Qarabağ ərazisində bu hərəkət lazım deyil. Mən deyəni eşit, eləmə, əks halda mən məcburam orda olum. Gəl oturaq söhbət eədk, danışaq, ama bunu etmə. Yoxsa məcbur qalxıb Zabuxa gəlməliyəm.

- J: Gəl eybi yoxdur gəl.

- V: Qarabağdan kim gəlib?

- J: Gəl, gəl bir eşşəklik olubsa bərabər qarşısını alarıq, gəl nə olub ki, gəl.

- V: Mən gəlməyə məcburam, əgər siz gəlsəniz bu biri tərəfdə gələcək. Gərək dayanım nəsə edim, bəs bu bizə yaraşır?

- J: Yox yaraşmır. Ama lazım gəlsə biz bi-birimizi başa düşərik.

- V: Biz bu yolu bir yerdə keçmişik, səhv olan bir şeyi gördükdə desəm etməyəcəksən bəyəm.

- J: Biz nə ediriksə bu fərdi təşəbbüs deyil, bu düşünülmüş bir addımdır. Mən sənə deyirəm ki, heçnə olmayacaq, biz sakit nə lazımdır onu edəcəyik. Hər hansı bir nəfər təxribat törədərsə onun da qarşısını alacagıq. Problem yoxdur, biz od üzərinə yağ atanlar deyilik. Başa düşürük, dava etməyə gəlmirik.

- V: Yaxşı siz gəldiniz, bu biri də buraxmır, geri gedəcəksiz?

- J: Qoy buna onlar qərar versin, başa düşürsən?

- V: Yolu bağlasaq nə edəcəksən?

- J: Bütün dünyada biabır olacaqlar.

- V: Gəl mexaniki problem yaradaraq, sonra qəhrəmancasına dəf etməyək. Sən məni eşit, mən nə baş verəcəyi haqqında 100 faiz məlumatım var, sən məni eşit.

- J: Ölkəni udurlar, 42 mini də udurlar biz bunun qarşısını alaq. Başqa şeylər demək istəmirəm bizi dinləyirlər.

- V: Eşid məni gəlməyin, mən boş yerə Zabuxa gətirmə, münasibətlərimizdə pozulacaq gəlmə.

- J: Eybi yox bir gendə səni çəkib incidək, qalx gəl.

- V: Mənim münasibətlərim səninlə də, hakimiyyətlə də pozulacaq.

- J: Elə şey baş verməsinə imkan vermərəm.

- V: Təkrar xahiş edirəm, Zabuxa getmə, yürüş keçirməyin.

- J: Getməliyik, təxminən 10-200 nəfərdən ibarət yürüş iştirakçısı var.

- V: Qarabağa gəlmək qadağan deyil, ama yürüş etmək lazım deyil.

- J: Nədir, Serjikdən qorxuruq?

- V: Serjikin nə əlaqəsi var, deyirəm Qarabağ istənilən halda pis vəziyətdədir.

- J: Əzizim gəlirik, xalqa deyək ki, gedirik İrəvanda Serjiki sıxışdıraq vəssalam.

- V: Ay qardaş Qarabağda vəziyyət onsuzda pisdir, bir balaca yenə pis vəziyyət yaransa bu xalq zibilə düşəcək. Sonra altından necə çıxa bilərik. Bax hər gün postlara hücum edirlər.

- J: Onsuzda artıq zibilə düşmüşük, hər gün itkilərimiz var.

- V: Məndə deyirəm etməyin, indiki vəziyyətdə bu çox təhlükəlidir. Qalan nə baş verəcəksə özün düşün, zibilə düşəcəksən, altdan da çıxa bilməyəcəksən.

- J: Yox, bir yerdə olsaq, çıxa bilərik.

- V: Özün qərar ver, mənim dediklərimi etmirsən.

- J: İstənilən halda sənin narahatlığını başa düşürəm, ama sabah orda görüşərik.

- V: Ümumi olaraq mən deyəni hesaba almırsan.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   İşğal   Gizli-Danışıqlar  

Sefilyan və Balasanyanın gizli telefon danışıqları: "Onsuzda zibilə düşmüşük, hər gün itkilərimiz var"

2018/03/23423_1521486140.jpg
Oxunub: 6297     02:32     20 Mart 2018    